Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində avtomobil piyadanı vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolu keçmək istəyən Şabran rayon sakini Elnur Zeynalov avtomobillə vurulduqdan sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.