Bakı Konqres Mərkəzində 26 noyabr tarixi görüş olacaq. Tarix və elm dünyasının iki aparıcı adı olan Prof. Dr.İlber Ortaylı və Prof. Dr.Celal Şengör unudulmaz tədbirdə bir araya gələcək. “Dünyada mövcud beyin köçü” adlı master klassda qonaqlar qismində ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, Professor Mehmed Fuad Köprülü, Rusiya Elmlər Akademiyasının professoru Dr.Ali Mehmet iştirak edəcəklər.
Tədbir çərçivəsində 4 modul-“Dünyada mövcud beyin köçü”, “Dünyada mövcud 270 münaqişə ocağı”, “Nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq Layihəsi”, eləcə də “Texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri” üzərində danışıqlar olacaq.