1828-ci ildə Azərbaycan ikiyə bölündü. Hələ də Cənubi Azərbaycanın idarəçiliyi ilə məşğul olan fars şovinizmi Azərbaycanın güclü olacağına inanmırdı. Amma onlar səhv proqnoz verdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 5-də Mətbuat Şurasında keçirilən görüşdə Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.
“GünazTV”nin rəhbəri qeyd edib ki, İranda 30 milyondan çox cənubi azərbaycanlının hüquqları tapdalanır: "Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da gücləndi. İranda ana dilimizdəki kitabları yığıb yandırıblar. Müəllimlərimizi öldürüblər, zülm ediblər. Biz isə onlara inandıq".