Çinin şimalında Ninsya-Huey Muxtar Rayonunda restoranlardan birində partlayış nəticəsində azı 31 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Sinxua agentliyinin yaydığı məlumata görə, hadisənin səbəbi qaz sızması olub.
Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti çox ağırdır.
Polis hadisə yerindədir.