Ceyhun Bayramov Bişkekə işgüzar səfərə gedib

Ceyhun Bayramov Bişkekə işgüzar səfərə gedib

11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.