Cənubi Koreyada tuneldəki yanğında 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Cənubi Koreyada tuneldəki yanğında 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Cənubi Koreyada yol tunelində baş verən yanğında ölənlərin sayı 6-ya çatıb.

Bu barədə ölkənin FHN-i məlumat yayıb.

Bildirilib ki, paytaxt Seulun cənubunda, Kvaçeon şəhərində yerləşən tuneldə baş verən yanğına səbəb avtobus və yük maşınının toqquşması olub. Tuneli tez bir zamanda qatı tüstü bürüyüb.

Yanğın nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərin sayının daha da artacağı gözlənilir.

Yanğını söndürmək üçün hadisə yerinə 50-yə yaxın yanğınsöndürən maşın, 140 yanğınsöndürən və helikopter cəlb olunub.