Azərbaycanın elektron su xəritəsi hazırlanıb

Azərbaycanın elektron su xəritəsi hazırlanıb

Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, xəritə sayəsində suya aid olan bütün parametrləri xəritə üzərində əks etdirməklə məlumat almaq mümkündür:
"Xəritə imkan verəcək ki, hansısa əraziləri su basması haqqında əvvəldən məlumat əldə edilsin".