Avropa İttifaqı (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis etməyi və ABŞ-dakı keçmiş səfir Devid O'Sullivanı bu vəzifəyə təyin etməyi planlaşdırır.
“İnterfaks” xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Məlumata görə, o, bu vəzifəni yeni ilin yanvar ayından etibarən icra edə bilər.
Məqsəd Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma hallarının qarşısını almaqdır.