Alp dağlarında qar uçqunu olub, ölənlər var

Alp dağlarında qar uçqunu olub, ölənlər var

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin tviterdə bildirib.

“Le Dauphine” qəzetinə görə, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.