Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xitməti məlumat verib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfərin ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək