Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Nizami rayonu 238 saylı orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş musiqili-əyləncəli tədbir keçirilib. “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir məktəb kollektivinin, şagird və valideynlərin iştirakı ilə baş tutub. Məktəbin akt zalında davam edən şənlikdə 1-ci sinif şagirdlərinin ifalarında şeirlər səsləndirilib, mahnılar ifa olunub. Həmçinin bədii əsərlərdən istifadə edilməklə səhnələşdirilmiş parçalar göstərilib.