Gəncə möhtəşəm qələbəni qeyd edib

Gəncə möhtəşəm qələbəni qeyd edib

Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq Prezident seçilməsi ölkənin hər yerində olduğu kimi, Gəncədə də böyük coşqu yaradıb. Gəncə seçiciləri şəhərin baş meydanına gələrək qələbə sevinclərini bölüşüblər. Çünki Yeni Azərbaycan Partiyasının qələbəsi Azərbaycan xalqının qələbəsi, İlham Əliyevin yenidən Prezident seçilməsi yenidən Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi, əmin-amanlığın, sabitliyin qorunması deməkdir.
Qələbə tədbiri Gəncə şəhərinin incəsənət ustalarının ifasında “İlhamla irəli” konsert proqramı ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.