Xarici jurnalistlərin seçki təəssüratları

Xarici jurnalistlərin seçki təəssüratları

Parlament seçkilərini işıqlandırmaq üçün Azərbaycana gələn xarici KİV-lərin nümayəndələri təəssüratlarını Seçki-2015.az saytı ilə bölüşüblər.
ABŞ-dan olan jurnalist Mallori Moss Katz: “Seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi çox yaxşı üsuldur. ABŞ-da bu proses tam başqadır. Müsbət fikirdəyəm, məndə çox yaxşı təəssürat yarandı”.
Rusiyalı jurnalist Vladimir Zernts: “Mən ilk növbədə şəffaflığı qeyd etməliyəm. Seçkilərə münasibət çox ciddidir. Təşkilatçılıq yüksək səviyyədədir. Barmaqların yoxlanılması müsbət təcrübədir”.
Britaniyalı jurnalist Bernd Rainer Şubert: “Seçki prosesi çox xoşuma gəldi. Hər şey açıq şəkildə baş verir. Ən çox da seçicilərin yoxlanılması prosesini bəyəndim. Heç kim ikinci dəfə bülletendən istifadə edə bilməz”.