Terri Devidson: Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çox ağrılar və əziyyətlər çəkib

“Artıq uzun illərdir ki, Azərbaycan müharibə faciəsi ilə yaşayır, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çox ağrılar və əziyyətlər çəkib”.
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson dünən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersini təltif etdiyi diplomu qəbul edərkən bildirib. Diplomat deyib ki, minaların partlaması nəticəsində dinc əhalinin yaralanması ABŞ-ı narahat edir. “Son on il ərzində ərazilərin minalardan təmizlənməsi və ictimaiyyəti minalar haqqında məlumatlandırmaq üçün ANAMA-ya göstərdiyimiz yardımın həcmi 15 milyon dollara bərabərdir”.