Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilir.

AZƏRTAC xəbət verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən iclasınşn gündəliyinə daxil edilib.

Qeyd edək ki, sənəd 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb.