Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər

İsrailin Baş naziri Binyamin Netanyahu İranın oktyabrın 27-də keçiriləcək parlament seçkilərini pozmaq məqsədilə İsrailə hücum edə biləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri həm müdafiə, həm də hücum əməliyyatlarına hazırdır. Onun sözlərinə görə, İranın və dəstəklədiyi qüvvələrin seçkiləri pozmaq məqsədilə İsrailə zərbə endirməyə cəhd edə biləcəyinə dair kəşfiyyat məlumatları mövcuddur. Baş nazir əlavə edib ki, mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir isə daha əvvəl İrana qarşı zərbələrin bərpası üçün hazırda əməliyyat zərurətinin olmadığını, lakin ehtiyac yaranarsa, belə bir addımın atılacağını bildirib.