Səsvermə proseduru necədir? - VİDEOÇARX

Səsvermə proseduru necədir? - VİDEOÇARX

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə dair yeni videoçarxhazırlayıb.

“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, videoçarxda secicilərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada səsvermə prosedurunun aparılması qaydası izah edilib. 

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq.

Videoçarxı təqdim edirik.