Oleq Ponomar: Azərbaycan xalqının seçiminə hörmətlə yanaşacağıq

Oleq Ponomar: Azərbaycan xalqının seçiminə hörmətlə yanaşacağıq

Azərbaycandakı seçki sistemi ölkənin demokratik siyasi sisteminə uyğundur. Bunu seckhi-2018.az saytına açıqlamasında ukraynalı siyasi şərhçi Oleq Ponomar deyib. O bildirib ki, bu gün Azərbaycanda sabit ictimai-siyasi mühit, demokratik cəmiyyət mövcuddur: “Bu da seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirir”.
“Biz 11 aprel prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq və seçiminə hörmətlə yanaşacağıq”, - deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycanın Ukrayna üçün vacib tərəfdaş olduğunu qeyd edən O.Ponomar əlavə edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində rəsmi Bakını dəstəkləyir.