Məqsədimiz Belçika ilə Azərbaycan arasında dostluq münasibətlərini hərtərəfli inkişaf etdirməkdir. Bu sözləri Azərbaycanda səfərdə olan Belçika Krallığı Senatının Qadın və Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri, senator xanım Dominique Tilmans jurnalistlərə müsahibəsində deyib.
O, bildirib ki, səfərin məqsədi Belçika cəmiyyətində Azərbaycanla bağlı bilgiləri zənginləşdirmək, Belçika dövlət rəsmiləri və ictimai-siyasi xadimlərinin ölkəmizlə əlaqələrini daha da genişləndirməkdir. ölkəmizə səfərindən məmnun qaldığını vurğulayan xanım D. Tilmans belə səfərlərin davamlı olmasının vacibliyini qeyd edib. Belçikalı qonaqlar səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, qadın və kişi hüquqlarının bərabərliyi, parlamentlərarası əlaqələrin genişləndirilməsi və s məsələlər barədə danışıqlar aparacaqlar.