Dünən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) nümayəndələri “Eurovision-2009” mahnı müsabiqəsində böyük uğur qazanmış Aysel və Araş ilə görüş keçiriblər.
Bakıda işgüzar səfərdə olan forumun baş katibi Elşad İsgəndərov və qurumun Bakı ofisinin nümayəndələri gözəl və uğurlu çıxışa görə gənc musiqiçiləri təbrik ediblər.
Aysel və Araş forumla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Sonda forum adından musiqiçilərə xatirə hədiyyəsi təqdim edilib.