Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu “exit-poll”un nəticələrini açıqlayıb

Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu “exit-poll”un nəticələrini açıqlayıb

Noyabrın 1-də Milli Məclisə seçkilərdə “exit-poll” keçirən xarici təşkilatlardan biri də Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi ilə birlikdə keçirilən “exit-poll”da 118 dairə üzrə seçicilərin rəyi öyrənilib.
“Exit-poll”un nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, seçkilər seçicilərin fəallığı şəraitində baş tutub. “Exit-poll” zamanı rəyi soruşulan seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verdiklərini diqqətə çatdırıblar.
Bildirilib ki, 118 dairə üzrə məntəqələrdə aparılan sorğunun nəticələri Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri ilə üst-üstə düşür.
“Exit-poll”un yekunları ilə bağlı nəticələr AZƏRTAC-ın və “Seçkilər” Media Mərkəzinin saytlarında yerləşdirilib.