ATƏT-in sədri kimi Azərbaycanla Ermənistan arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib.
İan Borq qeyd edib ki, bu gün iqlim təhlükəsizliyi məsələsi əsas prioritetlərdəndir.
"Bu gün ATƏT-in fəaliyyətdə olan səfəri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycanın üzləşdiyi məsələləri Ceyhun Bayramovla müzakirə etdik. Ermənistanla sülh müqaviləsinin imzalanması ATƏT üçün prioritetdir. Sərhədlərin delimitasiyasının başlanması müsbət haldır", - deyə Borq bildirib.