Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Los-Anceles şəhərindən olan müşahidəçi Mitç Silberman deyib.
Müşahidəçi bildirib ki, Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunub: “Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq”.