Türkiyə millisi yoldaşlıq oyununda böyük hesablı qələbə qazanıb

Türkiyə millisi yoldaşlıq oyununda böyük hesablı qələbə qazanıb

Futbol üzrə dünya çempionatına hazırlaşan Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, "ay-ulduzlular" İstanbulda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb. "Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qardaş ölkə yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Orkun Kökçü, Can Uzun, Dəniz Gül və Barış Alpər Yılmaz vurublar.

Vinçenzo Montellanın başçılıq etdiyi komanda DÇ-2026 öncəsi son sınaq matçını iyunun 7-də Venesuela yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvay kollektivləri ilə qarşılaşacaq.