“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunda mübarizəyə başlayacaq.

Elchi.az  xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Parnu" klubu ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.

Cavab qarşılaşması sentyabrın 30-da baş tutacaq. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə qarşılaşacaq.