Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini F. Rasulov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. F. Rasulov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.