Ağdaşda ağır yol qəzası: 23 yaşlı gənc həyatını itirdi

Ağdaşda ağır yol qəzası: 23 yaşlı gənc həyatını itirdi

Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarətlər alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.