Professor Zahid Xəlil uşaq ədəbiyyatı üzrə mükafatlandırıldı

Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Zahid Xəlil mükafata layiq görülüb. 

Yeniazerbaycan.com xəbər verir ki, Zahid Xəlil “Dildə, Fikirdə, İşdə Birlik – Türk Dünyası Ədəbiyyatı (Uşaq ədəbiyyatı)” mükafatına layiq görülüb. Mükafat Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək qurumu tərəfindən verilib.

Bu mükafat, türk dünyası ədəbiyyatı sahəsində göstərilən xidmətlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsi hesab olunur.