Poeziya müsabiqəsinə yekun vurulub

Poeziya müsabiqəsinə yekun vurulub

"Ulduz" aylıq ədəbiyyat dərgisinin və AYB Ədəbiyyat Fondunun keçirdiyi və unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə yekun vurulub. 35 yaşa qədər qələm adamları  arasında keçirilən poeziya müsabiqəsinin qalibi Cavid Qasımov olub. Müsabiqədə ikinci yerləri Rəşad Nağı Mustafa və Allahşükür Ağa tutublar. Üçüncü yerə isə Eminquey, Seyidəli Sübhi, El Roman layiq görülüblər.

"Kəpəz hospital"ın təşkilati, "Ədəbiyyat və İncəsənət" portalının informasiya dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.