Prezident Donald Tramp ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Qeyd olunur ki, yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq.
O da bildirilir ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-nin xarici yardımı ümumiyyətlə büdcənin 1 %-dən çox olmayıb. Məlumat üçün bildirək ki, Dövlət Departamentindən yanvarın 9-da bildirilib ki, müharibənin başlanğıcından Kiyevə hərbi yardım üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.
Havar Şəfiyeva