ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs rejimini pozduğunu iddia etdiyini bir daha bəyan edib, lakin bununla bağlı Vaşinqtonun hər hansı cavab tədbiri görüb-görməyəcəyini dəqiqləşdirməyib.
AZƏRTAC xəbər verir ki, ABŞ lideri İran İslam Respublikasına qarşı mümkün addımlarla bağlı jurnalistlərin sualını cavablandırarkən, “Bunu biləcəksiniz”, - deyə bildirib.
Donald Trampın sözlərinə görə, İran qüvvələri iyunun 25-də Hörmüz boğazından keçən gəmiyə pilotsuz uçuş aparatları ilə hücum edib. “Onlar bunu etməməli idilər”, - deyə ABŞ Prezidenti qeyd edib.
“Cavab tədbirləri görəcəyim təqdirdə, bunu biləcəksiniz”, – deyə Donald Tramp əlavə edib.