Stiv Uitkof və Cared Kuşner Mayamidə Rüstəm Umerovla görüşəcəklər

Stiv Uitkof və Cared Kuşner Mayamidə Rüstəm Umerovla görüşəcəklər

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof və kürəkəni Cared Kuşner cümə axşamı Mayamidə Rusiya-Ukrayna sülh danışıqlarının davam etdirilməsi üçün Ukraynanın aparıcı danışıqçısı Rüstəm Umerovla görüşəcəklər.

AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, görüş ABŞ Prezidentinin Uitkoff və Kuşnerin Rusiya liderinin münaqişəyə son qoymaq istədiyinə əmin olduqlarını deməsi fonunda baş tutacaq.