Amerika Birləşmiş Ştatlarında (ABŞ) gərginlik davam edir. “Reuters” xəbər verir ki, ABŞ-ın Arizona ştatında insident qeydə alınıb. Mesa şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Onlardan 1-nin vəziyyəti ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törədən şəxs təkbaşına hərəkət edib və şəhərin 6 müxtəlif ərazisində atəş açıb. Atəş səsləri restoran, kommersiya müəssisəsi və məktəb yaxınlığında da eşidilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Mesa şəhərində bir neçə təhsil müəssisəsi bağlanıb.
Bu ölkə KİV-i artıq etiraz aksiyalarının yenidən baş qaldırmasıyla bağlı məlumatlar yayır, hadisələrin miqyasının genişlənəcəyinə dair həyəcan təbili çalır.