Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

Belçikanın paytaxtı Brüsseldə növbəti etiraz aksiyası keçirilib. Aksiyada təxminən 50 min nəfər iştirak edib.

AZƏRTAC xəbər verir ki, həyat səviyyəsinin aşağı düşməsinə qarşı keçirilən etiraz aksiyasına qatılanların arasında dövlət sektorunun əməkdaşları, o cümlədən polis işçiləri də olub. Çox sayda tələbə və məktəbli təşkilatları da nümayişə qoşulub.

Nümayişə əvvəlcədən icazə verilsə də, sonradan etirazçılarla polis arasında qarşıdurmalar qeydə alınıb. Şəhərin bəzi ərazilərində polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməli olub.