NATO-nun mənzil qərargahında İsveç bayrağı qaldırılıb

NATO-nun mənzil qərargahında İsveç bayrağı qaldırılıb

İsveç bayrağı NATO-nun baş qərargahında qaldırılıb.

Mərasimdə NATO-nun Baş katibi Yens Stoltenberq, İsveçin Baş naziri Ulf Kristersson, İsveç şahzadəsi Viktoriya və İsveç hökumətinin nümayəndələri iştirak edib.

Dövlət himninin sədaları altında ölkənin bayrağı qaldırılıb.

Bununla da İsveç alyansın rəsmi üzvü olub.