NATO ABŞ sammitində Ukraynaya yeni maliyyə vədlərini açıqlayacaq

NATO ABŞ sammitində Ukraynaya yeni maliyyə vədlərini açıqlayacaq

İyulun 9-11-də ABŞ-də keçiriləcək sammitdə NATO dövlətləri Kiyevə yeni maliyyə vədlərini açıqlayacaqlar. 

Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.

“Diqqətimizi Ukrayna üzərində cəmləmişik və bu kursu davam etdirəcəyik. Beləliklə, maliyyə vədlərini gözləyin”, - Smit vurğulayıb.