Meksikada avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

Meksikada avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

Meksikanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

AZƏRTAC “ABC news” telekanalına istinadla xəbər verir ki, qəza Verakruz ştatının şərqində Perote-Xalapa şosesində baş verib. Yaralıların dərhal xəstəxanaya çatdırıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.