Lloyd Ostin Ukraynaya 400 milyon dollarlıq yardım paketini açıqlayıb

Lloyd Ostin Ukraynaya 400 milyon dollarlıq yardım paketini açıqlayıb

ABŞ Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım paketi ayıracaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu barədə Kiyevə səfəri zamanı deyib.

“Birləşmiş Ştatlar Cozef Baydenin rəhbərliyi altında Ukraynaya dəstəyi artırmağa davam edir”, - deyə Lloyd Ostin bildirib.

ABŞ müdafiə naziri oktyabrın 21-də Ukraynaya səfər edib. Pentaqonun saytında yerləşdirilən məlumata əsasən, Lloyd Ostin səfər çərçivəsində Ukrayna rəhbərliyi ilə görüşəcək və ABŞ-ın Kiyevə hərbi yardım öhdəliyini bir daha vurğulayacaq. “Wall Street Journal” qəzetinin yazdığına görə, Pentaqon rəhbəri Ukrayna Silahlı Qüvvələrinə ABŞ istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməyəcək.