İraq 17 ildə neft qaçaqmalçılığı səbəbindən 303 milyard dollar itirib

İraq 17 ildə neft qaçaqmalçılığı səbəbindən 303 milyard dollar itirib

Son 17 ildə İraq dövlət büdcəsi neft qaçaqmalçılığı və saxtakarlıq sxemləri nəticəsində təxminən 303 milyard dollar itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq parlamentinin üzvü Məhəmməd əl-Xəfaci Federal Ali Audit Şurasının hesabatına istinadla bildirib.

Onun sözlərinə görə, büdcədə nəzərdə tutulan neft həcmlərinin çatdırılmaması ölkəyə 101 milyard dollar, Dövlət Neft Marketinq Şirkətindən (SOMO) kənar neft ixracı 79 milyard dollar, şimaldakı neft yataqları ilə bağlı itkilər isə 123 milyard dollar zərər vurub.

Beləliklə, İraqın son 17 ildə ümumi itkiləri 303 milyard dollar təşkil edib.