Husilər Qırmızı dənizdə gəmiyə hücum ediblər

Husilər Qırmızı dənizdə gəmiyə hücum ediblər

Yəmənin Ənsar Allah hərəkatının  döyüşçüləri Qırmızı dənizdə “Mavi Laqun I” gəmisinə raketlər və pilotsuz təyyarələrlə hücum ediblər.

"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl husilər Yəmənin Moha limanı sahillərində Britaniya gəmisinə hücum ediblər. Hadisəyə baxmayaraq, gəmi təyinat limanına doğru davam edib. 


Havar Şəfiyeva