Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya 4,2 milyard avroluq maliyyə yardımının yeni tranşını tənqid edib və Kiyevə dəstəyi dayandırmağa çağırıb. "Yeni Azərbaycan" xəbər verirki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
“Biz Aİ-dən çıxmalıyıq və Ukraynanı maliyyələşdirməyi dayandırmalıyıq!” - deyə siyasətçi bildirib.
Filippot Ukraynaya Avropa yardım fondunun yaradılması üçün 50 milyard avro ayrılması təklifini dəstəkləyən fransız siyasətçiləri də satqın adlandırıb.
Havar Şəfiyeva