Çinin xarici işlər naziri Vanq Yi Tayvanın heç vaxt ayrıca dövlət olmayacağını vurğulayıb. "Yeni Az ərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, o, Laosda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bəyanat verib.
Tayvan Çinin bir hissəsidir və heç vaxt müstəqil ölkə olmayıb və olmayacaq deyə diplomat bildirib.
Vanq Yi vurğulayıb ki, nə vaxt Tayvanın müstəqilliyi tərəfdarları tərəfindən təxribatlar törədilsə, Çin cavab tədbirləri görəcək.
Havar Şəfiyeva