Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb

Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın hərbi hava qüvvələrinə məxsus təyyarə ölkənin cənub-şərqində yerləşən Phohan şəhərində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qəza zamanı təyyarədə 4 nəfər olduğu bildirilir. Onların taleyi və qəzanın detalları barədə hələ məlumat yoxdur.