Britaniyanın Baş naziri Kir Starmer Samoada Millətlər Birliyinin (Commonwealth) hökumət başçıları toplantısında Avstraliyanın Baş naziri Entoni Albanez ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, liderlər iqlim dəyişikliyinin regiona təsiri və Sakit okean da daxil olmaqla Millətlər Birliyi üzvlərinin dayanıqlığını təmin etməyin əhəmiyyəti barədə danışıblar. Kir Starmer Avstraliyanın COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsindən məmnunluq hissi keçirdiyini bildirib.
Liderlər təmiz enerjiyə keçid və keçid dövründə enerji təhlükəsizliyinin təmin olunması imkanlarını da müzakirə ediblər. Görüşdə, həmçinin Yaxın Şərqdəki vəziyyət və Sakit okeanda regional təhlükəsizliyin əhəmiyyəti kimi məsələlər də müzakirə mövzusu olub.