Albaniyada miqrantları daşıyan avtomobil çaya düşüb

Albaniyada miqrantları daşıyan avtomobil çaya düşüb

Albaniyada ölümlə nəticələnən yol qəzası baş verib.

Xarici KİV xəbər verir ki, bu gün səhər saatlarında miqrantları daşıyan avtomobil yol qəzasına düşüb.

Belə ki, sürücünü idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tirananın cənub-şərqindən təxminən 240 kilometr (150 mil) aralıda yerləşən Vjosa çayına düşüb.

Maşında olanların hamısı, o cümlədən 7 miqrant və sürücü həlak olub.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında 100 minə yaxın miqrant bu marşrutdan istifadə edib.