Rusiya ilə Ukrayna arasında münaqişə yeni mərhələyə qədəm qoyub. "Yeni Azərbaycan" xəbər verir ki, bu fikri MKİ-nin keçmiş agenti Larri Conson “Dialogue Works” YouTube kanalında bildirib.
“Biz hərbi əməliyyatların yeni mərhələsinə qədəm qoyduq. Lakin bu böyük hücum deyil”, - deyə ekspert aydınlıq gətirib.
Qeyd edək ki, bundan əvvəl Larri Conson ABŞ-ın Ukraynanı kifayət qədər hava hücumundan müdafiə vasitələri ilə təmin edə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya qüvvələrinin potensialı Ukrayna qoşunlarının hərbi imkanlarını xeyli üstələyir.
Havar Şəfiyeva