ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə telefonla danışdığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, o, jurnalistlərə açıqlamasında danışığın detallarını açıqlamayıb.
“Bunda xüsusi bir şey axtarmayın”, - deyə o, Venesuelanın hava məkanın bağlanmasının bu ölkəyə qarşı zərbələrin qaçılmaz olduğunu ifadə edib-etmədiyinə dair suala cavabında deyib.