ABŞ İranla nüvə sazişinə qayıtmaq fikrindədir.
Birləşmiş Ştatlar sazişə bir neçə kiçik düzəliş edilməklə, İranla Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa hazır olduğunu bildirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Əl-Cərida” mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır: “İyulun 23-də Vaşinqton Tehrana məlumat verib ki, ABŞ prezidenti Co Bayden administrasiyası cüzi düzəlişlər nəzərə alınmaqla, nüvə sazişinə tezliklə qayıtmaq üçün danışıqlara hazırdır”.
Qeyd edək ki, nəşr konkret hansı düzəlişlərin müzakirə olunduğunun təfərrüatlarını açıqlamayıb.
Havar Şəfiyeva