Azərbaycan Dövlət Film Fonduna XX əsrdə böyük tarixi hadisələrin əks olunduğu nadir kinoxronika materialı daxil olub. Bu barədə fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlama verib. Fond rəhbəri diqqətə çatdırıb ki, dəyərli kinosənədlər quruma kolleksioner Sabir Sadıqov tərəfindən hədiyyə edilib. Onların arasında II Dünya müharibəsi, Berlinin alınması, Macarıstan və Polşanın azad olunması, Ukrayna üzərində döyüşlər, oktyabr inqilabı, eləcə də, müxtəlif ölkələrlə bağlı tarixi kino sənədləri, Leninin çıxışı var.
C.Quliyev onu da söyləyib ki, Moskvada yaşayan fotoqraf Georgi Mçeleşvili isə Azərbaycanın tanınmış rəssamları Tahir Salahov və Toğrul Nərimanbəyov, həmçinin, bəstəkarlar Cövdət Hacıyev və Süleyman Ələsgərovun fotolarının neqativlərini fonda göndərib.