Görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Sərgidə alimin 30-a yaxın kitabı, o cümlədən “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Qələmlər birliyi” və Mixail Nuaymə”, “Cübran Xəlil Cübran” əsərləri nümayiş etdirilir. Ekspozisiyadakı nəşrlər arasında A.İmanquliyevanın 40-dan çox məqaləsi və onun elmi irsinin təhlilinə həsr olunmuş kitablar da var. Sərgi oktyabrın 11-dək davam edəcək.